“Real” futbol klubunun keçmiş məşqçisi Zinəddin Zidan 49 yaşında ilk dəfə baba olub.
Cümə günü Zidanın böyük oğlu Enzo və həyat yoldaşı, idman bloqeri Karen Qonzalesin qız övladı dünyaya gəlib.
Xoşbəxt valideynlər körpənin ilk şəkillərini sosial şəbəkələrdə paylaşaraq, adını açıqlayıblar.
“Xoş gəldiniz Sia, bizim şahzadəmiz” – deyə, Enzo şərh yazıb. Onlar həmçinin, Karenin qızına süd verərkən çəkilən şəkillərini də yayımlayıblar.
Qeyd edək ki, Enzo Real Madridin yarımmüdafiəçisinin ailəsindəki ilk övladıdır. Ondan başqa məşhur ulduzun daha üç oğlu var – 24 yaşlı Luka, 20 yaşlı Teo və 17 yaşlı Elias.
Ailədə bütün uşaqlar atalarının yolu ilə gedir və peşəkar səviyyədə futbolla məşğul olurlar.