“Zelenski qeyri-ciddi şərtlər irəli sürür” – Lavrov

Vladimir Zelenski Rusiya ilə danışıqların bərpası və Rusiya prezidenti Vladimir Putinlə görüş üçün qeyri-ciddi şərtlər irəli sürür.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“O, hər gün nəsə müsahibə verir və danışıqlara hazır olduğunu deyi. O bildirib ki, danışıqlar yalnız onunla Putin arasında ola bilər. Bununla hər hansı başqa səviyyədə məşğul olmağın mənası yoxdur. Onun fikrincə, danışıqlar heç bir vasitəçi olmadan və yalnız Ukrayna fevralın 23-dən etibarən öz nəzarətində olan əraziləri bərpa etdikdən sonra aparılmalıdır. Bunun ciddi olmadığını kiməsə izah etməyə ehtiyac yoxdur”, – deyə Lavrov “RT Arabic”-ə müsahibəsində deyib. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest