Zelenski: “Hərbi əməliyyatların başladığı ilk gün Türkiyədən alınan PUA-ların mühüm rolu oldu”

“Pilotsuz uçuş aparatlarına görə Türkiyəyə təşəkkür etmək istərdim. PUA-lar hərbi əməliyyatlarda mühüm rol oynayır”.

Ukrayna Prezidenti Volodimir Zelenski bu sözləri Türkiyənin Habertürk televiziyasına verdiyi müsahibədə söyləyib.

Prezident xatırladıb ki, PUA-lar əsas da Rusiya ordusunun hücum əməliyyatlarına başladığı ilk günlərdə xüsusi əhəmiyyətə malik olub.

“Hazırda hərbi əməliyyatlar davam etdiyindən statistikadan və istifadə edilmiş hərbi taktikadan ətraflı danışmaq üçün münasib vaxt deyil”, – deyə Volodimir Zelenski söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest