Zelenski 5 əsgərin qətlinə görə Milli Qvardiya komandanını VƏZİFƏDƏN AZAD ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı tutduğu vəzifədən azad edib.

Bu məlumatı Ukrayna Prezidentinin saytı yayıb.

Milli Qvardiya komandanının işdən çıxarılmasına səbəb kimi yanvarın 27-də bir əsgərin 5 hərbçi yoldaşını öldürməsi, 5-ni isə yaralaması göstərilir.

General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest