Zelenski 47 yaşında VƏFAT ETDİ

Rusiyalı jurnalist və aparıcı Mixail Zelenski 47 yaşında vəfat edib.

Bu barədə “Rossiya Kultura” kanalının rəhbəri Aleksandr Yefimoviç yazıb.

“Baza” Teleqram kanalının məlumatına görə, jurnalist Dominikan respublikasında öz həyat yoldaşı ilə istirahət edirmiş. Jurnalistin vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, Zelenskinin ölümünə səbəb insult olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest