Zatulin zatıqırıqlığını yenə göstərdi

Konstantin Zatulini təqdim etməyə ehtiyac yoxdur. Hansı vəzifədə olur-olsun, ermənipərəst mövqeyi hər şeyi bəlli edir.

Erməni mətbuatı xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə anti-azərbaycan fikirlər bildirib. O, ermənilərin xoşuna gəlmək və bunun müqabilində bağlamalarla dram əldə etmək üçün dəridən-qabıqdan çıxır.

Hər dəfə yeni sərsəmləmələri ilə gündəmə gələn Zatulin yenə adətindən qalmayıb. O, Azərbaycan ərazisində yerləşən və qədim albanlara məxsus Dadivəng, Gəncəsər, və Amaras monastırlarının ermənilərin olduğunu deyib.

“Dadivank, Amaras və Qandzasar erməninindir. Bu monastırları mifik “alban” monastırları kimi tanıyan Türkiyəni alqışlayan rus vətənpərvərlərini başa düşə  bilmirəm…” – deyə o, yenə sərsəmləyib.

Xuraman Etibarlı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest