Zakaryan: “Beynəlxalq münasibətlərdə etibarımızı itirəcəyik”

Paşinyanın qurduğu siyasi elitada türk və Azərbaycan əsilli ermənilər var. Onlar erməni xalqına qarşı sui-qəsdçidirlər və komanda da bu elitaya inanan siyasi cəhətdən cahil adamlar var”.

Erməni mediası xəbər verir ki, belə bir açıqlama ilə keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan çıxış edib.

Ö, özünün Facebook yazısında yazır:

“Əgər siyasi elitada həqiqətən türklər və azərilər olduğu ortaya çıxarsa, biz nə edəcəyik?

Belə olan halda Ermənistanın daxili təhlükəsizliyi və siyasi sistemində bundan sonra da ciddi problemlər yaranacaq. Dövlət-xalq olaraq beynəlxalq münasibətlərdə etibarımızı, suverenliyimizə hörməti dönməz şəkildə itirəcəyik. Eləcə də bir daha tarixin həlledici mərhələsində parçalanmış, düşmən tələyə düşmüş, öz sadəlövhlüyünə görə ağır cəzalandırılmış xalq adını qazanacağıq.

Siyasi elita sui-qəsdçi olsa da, ətrafında siyasi cəhətdən bixəbər, dövlətsiz, prinsipsiz, türksevər, ermənilər, Soros əsillilər xalqımıza çox dəhşətli zuyan vuracaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest