Zəncirvari qəzada 4 avtomobil toqquşdu, xəsarət alan var

Bakının Nəsimi rayonunda ötən gecə yol-nəqliyyatı hadisəsi baş verib. Bünyamin Şabanov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək İsam Ağayevin idarəetməsində olan “Hyundai”-a çırpılıb. “Hyundai” eyni markalı digər avtomobilə dəyib. İdarəetmədən çıxan “Toyota” daha sonra Rasim Məmmədova məxsua “VAZ 2106”-ya çırpılıb. Qəza nəticəsində R.Məmmədov xəsarət alıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Qəzaya uğramış avtomobillər hadisə yerindən götürülüb və təhqiqat başladılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest