“Yüz il qabaq Tiflis erməni şəhəri idi” – Xzmalyan – VİDEO

“Yüz il qabaq bütün Tiflis erməni şəhəri olub”.

Bunu Ermənistanın Avropa Partiyasının sədri, Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Tiqran Xzmalyan erməni telekanallarından birində canlı efirdə qonaq olarkən deyib.

Tiqran Xzmalyan Gürcüstanın paytaxtı Tiflisin yüz il bundan qabaq erməni şəhəri olduğunu, atasının da bu şəhərdən İrəvana köçdüyünü deyib.

O, gürcülərin Tiflisi “gürcüləşdirdiklərini” və erməniləri sıxışdırdıqlarını bildirib. Və buna görə ermənilər “doğma” şəhərlərini tərk etməli olublar.

Daha sonra Xzmalyan gürcülərin “öz mənafeləri xətrinə başqalarından məharətlə istifadə etmək” qabiliyyətlərinin olduğunu qeyd edib.

Xzmalyanın rejissor və senarist olduğunu nəzərə alsaq, gözəl nağıl, bənzərsiz uydurma danışır həmişəki kimi.

Hələ nələr eşidəcəyik, nələr…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest