Yoluxmaya dair son məlumat

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 904 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 782, bu günə qədər isə ümumilikdə 6 850 674 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest