Yolu keçən ata və bir yaşlı oğlunu avtomobil vurdu

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində “Opel” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Mahmudov Elşən Mehman oğlunu və onun bir yaşlı körpəsini vurub.

Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Körpəyə ilkin yardım göstərilib və o, evə buraxılıb. E.Mahmudovun isə vəziyyəti ağır olaraq qalır.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest