Yeyib-içdiyi dostunu balta ilə öldürdü -FOTO

Ötən ilin avqustunda İzmirin Urla rayonunda 58 yaşlı Osman Küçükü balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Türkiyə mətbuatı xəbər verir ki, ötən ilin avqust ayında İzmirin Urla rayonunda Osman Küçükün balta ilə öldürülməsi ilə bağlı aparılan istintaqda qatil şübhəlisi gizləndiyi heyvan damında yaxalanıb.

Qeyd edək ki,  hadisə 19 avqust 2021-ci il tarixdə Urla rayonunun Yenikent səmtindəki Hüseyn Zeren küçəsində baş verib. Qonşuların evdən pis qoxu gəlməsi barədə polisə məlumat verdikdən sonra hadisə yerinə gələn həkim və polis əməkdaşları boş evdə kişi meyiti aşkar ediblər.

Araşdırmalar zamanı həmin şəxsin 58 yaşlı Osman Küçük olduğu müəyyən edilib. Müayinədə Küçükün balta ilə öldürüldüyü məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Osman Küçükün dostu Cafer İ.- tərəfindən qətlə yetirildiyi üzə çıxıb.

Hadisədən 7 ay sonra Cafer İ. gizləndiyi heyvan damında tutularaq istinataq təhvil verilib.

O, polisə ifadəsində törətdiyi cinayəti etiraf edib. Şübhəli şəxs sərxoş halda dostu ilə mübahisə etdiyini və bu zaman Osman Küçükü balta ilə vuraraq qətlə yetirdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest