Yevlaxda 28 yaşlı oğlan əmisi qızı ilə cinsi əlaqədə oldu — TƏFƏRRÜAT

Yevlax rayonunda 1994-cü il təvəllüdlü Səbuhi yetkinlik yaşına çatmayan Fəridə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Səbuhinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Yevlax şəhərində anadan olub və hazırda ailəsi ilə birlikdə Yevlax şəhərində yaşayır: “Ailəliyəm, üç övladım var. Zərərçəkmiş Fəridə mənim əmim qızıdır. Fəridə ilə uşaq yaşlarından bir-birimizi istəmişik. 2015-ci ilin mayında Fəridə ilə evlənmək qərarına gəldik. Valideynlərimiz əvvəlcə evlənməyimizə razılıq vermədilər. Sonra isə Fəridə ilə təkid etdiyimiz üçün evlənməyimizə razı oldular”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ilin mayın ortalarında Fəridə onun yaşadığı evə gəlin gəlib və onunla həmin vaxtdan faktiki olaraq birlikdə yaşamağa başlayıb: “Fəridə ilə mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olaraq onun bəkarətini pozmuşam. 2016-cı ildə ilk övladımız, 2017-ci ildə ikinci övladım, təxminən 6-7 ay əvvəl isə üçüncü övladımız dünyaya gəldi. 2020-ci ilin sentyabrında ilk övladıma doğum haqqında şəhadətnamə almaq üçün Fəridə Yevlax rayon Məhkəməsinə müraciət edən zaman həmin ərəfədə onun ilə 16 yaşına çatmamış cinsi əlaqədə olduğum aşkar edildi”. 

Bu cinayət işinə Yevlax rayon Məhkəməsində baxılıb. 

Səbuhinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza təyin edilib. 

Fariz Məlikli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest