Yasamal rayonunda həkimi maşın vurdu

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə Şəfaət Mehdiyev küçəsində baş verib.

Yolu keçən 1981-ci il təvəllüdlü Hüseynova Nərgiz Nadir qızını minik avtomobili vurub. O, sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan N.Hüseynova Mərkəzi Neftçilər Xəstəxanasının həkimidir. APA.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest