YAP Dövlət Komitəsini məhkəməyə verdi

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.

Bu barədə rayon təşkilatı Bakı İnzibati Məhkəməsinə müraciət edib.

Belə ki, rayon təşkilatı qeyri-yaşayış sahəsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İş hakim Fərid Mədətlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest