“Xüsusi nümayəndələrin görüşü müsbət mühitdə keçib” – Ermənistan XİN

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyanın ilk görüşü müsbət və konstrukstiv mühitdə keçib.

Bu barədə məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

“Xüsusi nümayəndələr Türkiyə və Ermənistan arasında münasibətlərin dialoq yolu ilə normallaşdırılması prosesi barədə ilkin fikir mübadiləsi aparıblar. Tərəflər əlaqələrin tam normallaşması məqsədilə danışıqları ilkin şərtlər olmadan davam etdirmək barədə razılığa gəliblər”, – deyə Ermənistan XİN-in məlumatında bildirilib.

Növbəti danışıqların tarixi və yeri diplomatik kanallarla müəyyən ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest