Xorasan imamı hökümətdən iranlı investorların Ermənistanla əlaqələrinin izahını tələb etdi

İranın Şimali Xorasan vilayəti rəsmilərinin Ermənistana səfər xərcləri ilə bağlı qalmaqal yaranıb.

“Mehr” agentliyi xəbər verir ki, İranın Bocnurd şəhərinin imamı Rəhim Məhdəvipur Şimali Xorasan vilayətindən biznesmsenlərin Ermənistana səfərinin əsl məqsədinin açıqlanmasını tələb edib.

“Məmurların və investorların başqa vilayətlərə və ya xarici ölkələrə səfər etməsi normal haldır, ancaq məsələ, bu səfərlərin necə həyata keçiriləcəyi ilə bağlıdır. Şimali Xorasan əyalətinin Ermənistanla coğrafi məsafəsi uzundur. İqtisadçıların sözlərinə görə, burada Ermənistan məhsullarına da  tələbat yoxdur. Yəni, qurulmaqda olan ikitərəfli münasibətlər iqtisadi cəhətdən səmərəli sayılmır. Onda belə bir sual yaranır ki, Şimali Xorasan əyalətinin məsul şəxslərinin və iş adamlarının Ermənistana səfəri hansı məqsədləri güdür?!”,- deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest