Xırdalanda güclü külək məktəbin damını uçurtdu – Şagird ölümdən son anda qurtuldu – VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək məktəbə ziyan vurub.

Külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.
Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb:

“Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest