Xanımı “Qurd”u paylaşımı ilə heyran etdi – FOTO

“Qurd” ləqəbi ilə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leylanın paylaşımı diqqət çəkib.  O, sosial şəbəkə hesabında sənətçi həyat yoldaşının doğum günü ilə bağlı post paylaşıb.   

“Əziz sevgilim, səni yaşada bilmərəm, amma sənin üçün yaşaya, səninlə yaşlana bilərəm. Sən çox yaşa, sevgilim. Nəfəsin həyatımın ən gözəl payıdır. Nəfəsin bizim ən gözəl payımızdır. Sözlərim, gözlərim ömür boyu sənə baxsın. Bax, gör ki, nə çox duam var sənə. Ad günün mübarək, “Qoca Qurd”.  

Qeyd edək ki, cütlüyün bir neçə aydan sonra qız övladı dünyaya gələcək.  

F.Eminovun ilk evliliyindən iki oğlu var.  

Rəşad Əliyev, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest