Xanım azərkeşin “xəstəyəm” bəhanəsi ilə futbola getməyi ona baha başa gəldi

İngiltərə millisinin azarkeşi Nina Faruqi Avro-2020-nin yarımfinal mərhələsi çərçivəsində İngiltərə-Danimarka oyununu baxdığı üçün işdən qovulub.

Bu barədə “Daily Mail” yazıb.

Belə ki, xanım azarkeşin rəfiqəsi oyuna bilet qazanıb və onu da dəvət edib. Faruqi işdən icazə ala bilməyəcəyini düşünüb və rəhbərliyə xəstələndiyini söyləməyə qərar verib.

Lakin xanım azarkeşin futbol sevgisi ona baha başa gəlib. Belə ki, futbolun yayımı zamanı Ninanı görən şirkət rəhbərliyi onun işdən qovulmasına qərar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest