Xalq artistinin qızına HÖKM OXUNDU – FOTO

“Yüksəliş” müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə ittiham edilən Tamilla Sadıxovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “Super Servis Keyterinqi” MMC-nin rəhbəri T.Sadıxova 2 min manat cərimə edilib.

Müsabiqənin imtahanda yeməkləri təmin edən şirkət rəhbəri Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, hadisə zamanı texniki heyət, işçi qrupun üzvləri və müsabiqə iştirakçıları arasında 70 nəfər qidadan zəhərlənmişdi. T. Sadıxova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest