Xalq artistinin oğlu xərçəngə tutulub

Mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov böyrək çatışmazlığından və ağ ciyər xərçəngindən əziyyət çəkir.

M. Zeynalov 6 ildir dializə getdiyini açıqlayıb.

“İki böyrəyim də işləmir. Əgər bir böyrək köçürülsə, bəs edəcək. Yeni müyainələrdə isə ağ ciyər xərçəngi olduğum ortaya çıxdı. İndi bacım və həyat yoldaşım mənə baxır. Onlardan başqa heç kimim yoxdur. Xərçəngə görə müayinədən keçməliyəm. Həmin aparata düşmək isə 1000 manatdır”, – M.Zeynalov bildirib.

O, maddi sıxıntı yaşadığını, yardıma ehtiyacı olduğunu vurğulayıb./Kult.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest