Xalq artisti minaaxtaran itlər almaq üçün Vaşinqtonda konsert verəcək

Xalq artisti, xanəndə Nəzakət Teymurova Vaşinqtonda xeyriyyə konserti verəcək.

Bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib.
 
Nəzakət Teymurovanın sözlərinə görə, sözügedən konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək:

“Konsert layihəsi mayın 3-də baş tutacaq. Konsertdən əldə olunan vəsait işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi prosesində iştirak edəcək əlavə itlərin alınmasına sərf olunacaq. Konsertdə digər sənət adamları da iştirak edəcək”.

Qeyd edək ki, konsertin dirijoru Fuad İbrahimovdur. Gecəni Bakı Kamera Orkestri və “Xarıbülbül” muğam qrupu idarə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest