Xalq artisti AzTV -də üsyan elədi: “Şalvarı cırıq, qulağı sırğalı gədələr imkan vermir bizə” – VİDEO

“Bu gün bilirsiniz də efirlər nə vəziyyətdədir. Azərbaycan millətinin kişilik xarakteri, görüntüləri lazımdır efirdə. Amma şalvarı cırıq, qulağı sırğalı gədələr imkan vermir bizə”.

Bu fikirləri ötən gün “Mədəniyyət” kanalında canlı yayım zamanı əməkdar artist Natiq Şirinov səsləndirib.

Efirə belələrinin buraxılmasını biabırçılıq adlandıran sənətkar rəhbərlik etdiyi “Natiq” ritm qrupunun çoxdandır televiziyalarda görünməməsini də bununla əlaqələndirib. “İnşallah, onları efirlərdən silsəniz, mən tez-tez gələcəm. Buna söz verirəm”, – deyə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest