Xaçmazda güllələnmə olub

Xaçmazda güllələnmə hadisəsi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə gecə saatlarında Köhnə Xaçmaz kəndində qeydə allnıb. Rayonun Köhnə Xaçmaz kənd sakini, 1989-cu il təvəllüdlü Cavid Rəhim oğlu Mahmudov ov tüfəngindən açılan atəş nəticəsində qarın nahiyəsindən ağır xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona həmkəndlisi Mayılov Nail Kərim oğlu tərəfindən münaqişə zəminində xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest