Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı – FOTO

Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.
İnsan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb. 
Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub. 
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır.  ///Oxu.Az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest