Xəzər rayonunda təşviqat xarakterli reydlər keçirilir- FOTO

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Xəzər rayonunda keçirilən reydlər son günlərdə daha da gücləndirilib.

Xəzər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 29 iyul 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki ərzaq mağazalarında, apteklərdə, həmçinin fəaliyyətinə icazə verilən digər obyektlərdə, müxtəlif ticarət və xidmət sahələrində reydlər keçirilib.

Reydlər zamanı bütün obyektlərin işçi heyətinə, eyni zamanda sakinlərə tibbi maskalardan istifadə edilməsinin zəruriliyi bildirilib, sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik qaydalara düzgün riayət olunması bildirilib. Həmçinin, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbinin yerinə yetirilməsi vəziyyəti yoxlanılıb.

Fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektlərinə ciddi xəbərdarlıqlar edilib.

Xəzər rayonunda reydlər keçirildi- FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest