Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib – FOTO

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının qərargahında Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilmişdir. Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin üzvləri Tahir Rzayev, Soltan Məmmədov, YAP İdarə heyətinin və Milli Məclisin üzvü Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov və Şəhid ataları Elman Məmmədzadə, Asəm İbrahimli və Etiqad Nemətov iştirak etmişdir. 

Tədbiri Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov açaraq, Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışmışdır. Namiq Əhmədov bildirdi ki, 44 günlük müharibə ilə Azərbaycan dövləti tarixi ədalətsizliyə son qoyaraq ərazi bütövlüyün bərpa etdi. Qarabağda sürətli quruculuq bərpa işləri aparılır, yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görülür. Sözsüz ki, bu dövrdə Azərbaycan dövlətinin qarşısında erməni vandalizminin viran qoyduğu torpaqlara yenidən həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlişi üçün addımlar atmaq missiyası dayanıb. İşğaldan azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkili ilə beynəlxalq platformada həqiqətlərin obyektiv işıqlandırılması və Ermənistan dövlətinin terrorçu mahiyyətinin üzə çıxarılması üçün şərait yaradılıb. Məhz Azərbaycan Prezidentinin qətiyyətli addımları və ortaya qoyduğu siyasi səriştə bu gün Rusiya, həm də Avropa İttifaqına üzv dövlətlərin Cənubi Qafqazda regionun taleyi ilə bağlı danışıqların gündəliyini Azərbaycanın müəyyən etdiyinin bir daha əyani şahidinə çevrildi. 
YAP Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişaf etdiyini vurğulayaraq, dövlət başçısı tərəfindən qəbul olunmuş ölkənin sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının əhəmiyyətindən söhbət açmışdır. Əhliman Əmiraslanov bildirdi ki, sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir. Bütün bu uğurlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Bu gün Azərbaycana gələn hər bir xarici vətəndaş, hər bir qonaq, bu reallıqları görür, təqdir edir və qiymətləndirir.
Tədbirdə çıxış edən Milli Məclisin üzvləri Tahir Rzayev, Soltan Məmmədov, YAP İdarə heyətinin və Milli Məclisin üzvü, Rauf Əliyev ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan uğurları qeyd edərək, bildirmişlər ki, Azərbaycanın bugünkü reallıqları ölkənin, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilməsindən xəbər verir. 
Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət həyata keçirdilər. Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bütün Azərbaycan xalqı adından bir daha sonsuz minnətdarlığımızı bildirik.
Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov qonaqları salamlayaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Rövşən Salahov şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.
Daha sonra Şəhid ataları Elman Məmmədzadə, Asəm İbrahimli və Etiqad Nemətov çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin üzvləri Tahir Rzayev və Soltan Məmmədov, YAP İdarə heyətinin və Milli Məclisin üzvü Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov şəhid atalarının qayğıları və problemləri ilə maraqlanıblar.
Tədbirin sonunda xatirə şəkli çəkildi və bununla da tədbir öz işini başa vurdu.
 

Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR
Xəzər rayonunun ağsaqqalları ilə görüş keçirilib - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest