Xəzər rayonunda yaşayış binalarının eyvanlarına gül dibçəkləri düzülür- FOTO

Meqapolisə çevrilməkdə olan Bakı şəhərində ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması və vizual gözəlliyin təmin edilməsi üçün müxtəlif layihələr həyata keçirilir.

Bu layihələrin davamı olaraq yay fəslinin gəlişi ilə əlaqədar şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Xəzər rayonunda küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən başladılan aksiya Xəzər rayonunda da uğurla həyata keçirilir.

Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun əsas küçə və prospektlərindən biri olan Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22 və 24 saylı binalar seçilərək, sözügedən binaların eyvanları mövsümi gül və çiçəklərlə bəzədilmişdir.

Yerli sakinlər tərəfindən bu aksiya sevinc hissi ilə qarşılanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest