Xəzər rayonunda ümumrayon iməciliyi keçirilib

Xəzər rayonunda təmizlik və abadlıqla bağlı genişmiqyaslı ümumrayon iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə 21 may 2022-ci il tarixində təmizlik və abadlıqla bağlı bütün qəsəbələr əhatə olunmaqla
genişmiqyaslı ümumrayon iməcliyi keçirilmişdir.
Səhər saatlarından başlanan iməcilik zamanı Xəzər rayonunda prospekt və küçələrin, səki
kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və
istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilmişdir.
İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər
obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə,
mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması,
onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər.
Həmçinin, idarə, müəssisə və təşkilatların, xüsusilə təhsil və səhiyyə müəssisələrinin
kollektivləri, şagirdləri də bu iməcilikdə yaxından iştirak ediblər.
İməcilik zamanı yeni yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi, ağacların
suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülmüş, ərazilər ətraf
mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından
təmizlənmişdir. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən
daşınmış. Xüsusi ehtiyac olan yerlərə və yol kənarlarına gül kolları əkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest