Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib -FOTO

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə rayon tədbiri keçirilib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

10 may 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Mərdəkan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə  Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə qonaqlar Mədəniyyət Sarayının foyesində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş sərgi ilə tanış oldular. Sərgidə rayonun gənc rəssamları tərəfindən 44 günlük şanlı Zəfər tariximizə, ordumuzun şücaətli əsgərlərinə, Qarabağa həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

Sərgidən sonra tədbir iştirakçıları müasir Azərbaycanın qurucusu olan unudulmaz lider Heydər Əliyevə həsr olunmuş “Vətənə könül verən” adlı filmə tamaşa ediblər.

Tədbir sonda Respublikanın bir çox tanınmış gənc mədəniyyət və incəsənət nümayəndələrinin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnılarla davam etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest