Xəzər rayonunda “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib – FOTO

“15 İyun-Milli Qurtuluş Günü” ilə bağlı Zirə Eko parkda Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Ramin Məmmədov və Elnur Allahverdiyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının, həmçinin  digər idarə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Zirə Ekoparkın girişində Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi keçirilib, daha sonra Qurtuluş Gününə həsr olunmuş sərgi nümayiş etdirilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Ramin Məmmədov, Elnur Allahverdiyev və YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar, Prezident İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.
Sonda Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə” adlı sənədli filmin nümayişi keçirilib.
 
Xəzər rayonunda "15 İyun-Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest