Xərçəng sayında qorxulu rəqəmlər: İl ərzində 2 milyona çatacaq

Hər 8 kişidən 1-i və 11 qadından 1-i xərçəng səbəbilə dünyasını dəyişir. Qarşıdakı zamanda hər 5 nəfərdən 1-i xərçəng xəstəsi olacaq.

Amerika Xərçəng Dərnəyinin hesabatına görə, 2022-ci ildə ümumilikdə 1,9 milyon yeni xərçəng xəstəsinin aşkarlanacağı proqnozlaşdırılır.

Türkiyəli mütəxəssislərin araşdırmaları nəticəsində məlum olub ki, xərçəngin müalicəsində istifadə olunan immunoterapiya üsulunun kimyaterapiyadan ən əhəmiyyətli fərqi kimyəvi maddələrin olmaması və bədənin təbii döyüşçü hüceyrələrini şişə yönəltməsidir. Üstəlik, bu üsulun yan təsirləri kimyaterapiyadan çox azdır.

İmmunoterapiya ancaq ağciyər xərçəngi, dəri xərçəngi, böyrək şişləri və bəzi qaraciyər xərçənglərində əsas müalicə üsulu olaraq tətbiq olunur. İmmunoterapiya dərmanlarında klassik kimyaterapiya dərmanlarındakı kimi saç tökülməsi müşahidə edilmir.

İmmunoterapiya ilə stimullaşdırılan immun hüceyrələri xərçəng hüceyrələri ilə yanaşı, normal hüceyrələrə də təsir edə bilər. Bunun qarşısını CAR-T hüceyrələri kimi peyvəndlərlə almaq mümkündür. Əsasən, immunoterapiya müalicəsinin başlanmasından sonrakı ilk 3 ayda əlavə təsirlər müşahidə olunur. Lakin müalicə bitdikdən sonra 1 ilə qədər əlavə təsirlər göstərə bilər.Bu əlavə təsirlərə immun pnevmoniya, tiroid və hipofiz hormonlarının azalması, bağırsaq iltihabı daxildir.

İmmunoterapiyada istifadə olunan dərmanlar zərdab yolu ilə venadaxili verilir və tətbiq edilməzdən əvvəl heç bir xüsusi hazırlıq tələb olunmur.

Mütəxəssislərin araşdırmalarına görə, uğurlu nəticələr əldə edildikdə, immunoterapiyanın istifadəsi geniş yayılacaq. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest