“WhatsApp”dan çoxdan gözlənilən funksiya – FOTO

“WhatsApp” konfidensiallıqla bağlı yeni funksiya əlavə edir. Belə ki, messencerdə istifadəçinin şəbəkəyə son daxil olması barədə məlumatları idarə etmək mümkün olacaq. 

Artıq istifadəçi messencerə son girişin vaxtını tamamilə söndürmədən bir neçə nəfərdən gizlədə bilər. Bunun üçün “Son ziyarət” bölməsində seçilən kontaktlar üçün məlumatı bağlamaq kifayətdir.

Gələcəkdə yeni xüsusiyyət profil şəkilləri və profil məlumatları üçün tətbiq olunacaq.

“WhatsApp”dan bildirilib ki, bu konfidensiallığa nəzarət etməyə daha çox şərait yaradacaq.

Hələlik bu funksiya “iOS” tətbiqinin “beta” versiyasında görülüb. Həmin funksiya tezliklə “Android” istifadəçiləri üçün də əlçatan olacaq.

“WhatsApp” yenilik barədə məlumatı yaxın günlərdə rəsmi olaraq elan edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest