“Whatsapp”da görünməz olmağın GİZLİ YOLU

“WhatsApp”ın məlum xüsusiyyətləri ilə yanaşı, gizli funksiyaları da var. Bu gizli özəlliklərdən biri də istifadəçilərin adlarını başqaları üçün görünməz etməkdir.

Tətbiqdə adınızı gizlətməyin yolunu təqdim edirik:

1. Əvvəlcə telefonunuzda və kompüterinizdə “Whatsapp”ı açın.

2. Bu iki simvolu kopyalayın ⇨ ຸ

3. Sonra “Whatsapp”da parametrlər bölməsinə keçin.

4. Cari “Whatsapp” adınıza və sonra qələm işarəsinə toxunun.

5. Ox simvolunu silin (⇨ bunu silin, sağdakı işarə qalacaq) və adınızı dəyişmək üçün “Ok” üzərinə klikləyin.

6. Bundan sonra “Whatsapp”da adınız boş qalacaq. Artıq anonimsiniz.

Kimsə sizi hər hansı bir “WhatsApp” qrupuna kontakt kimi əlavə etmədikcə adınızı heç kəs görə bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest