Vüqar Səfərlinin mayor oğlu işdən çıxarıldı

Həbs edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərlinin oğlu Dövlət Gömrük Komitəsindəki vəzifəsindən azad edilib.

“News24.az” saytının əldə etdiyi məlumata görə, Vüqar Səfərlinin oğlu Samir Səfərli DGK-nin Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayonunda yerləşən İpək Yolu postunda inspektor vəzifəsində çalışırmış.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest