Vahid Ələkbərov: “Qərb Rusiya neftinin əvəzini tapmayacaq”

Avropa Rusiyanı başqa enerji resursları tədarükçüsü ilə əvəz edə bilməyəcək.

Bunu “Lukoyl” neft şirkətinin keçmiş rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərov “Financial Times”a müsahibəsində deyib.

“Avropa İttifaqının Rusiya kimi böyük enerji ixracatçısını hətta ortamüddətli perspektivdə əvəz etməsi mümkün deyil. Hazırda Avropaya axan Rusiya neftini yönləndirmək üçün yeni infrastrukturun yaradılması illər çəkəcək. Bu, bütün bazar iştirakçıları üçün mənfi uzunmüddətli nəticələri olan çox ağır enerji böhranıdır”, – Ələkbərov bildirib.

“Lukoyl”un keçmiş rəhbərinin fikrincə, Avropanın uzun illərdir formalaşmaqda olan dünyanın enerji konfiqurasiyasını dağıtmağa ehtiyacı yoxdur.

“Qlobal sənaye artıq yüz milyardlarla, hətta trilyonlarla dollar itirib”, – Ələkbərov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest