Vahid Ələkbərov 17 milyard dollar itirib – sərvəti 4 dəfə azaldı

Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti ilin əvvəlindən 50,1 milyard dollar azalıb.

Bu barədə “Bloomberg Billionaires Index”in (BBI) məlumatlarında qeyd olunub. İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.

Hazırda BBI reytinqində Rusiyanın 22 vətəndaşı var. Onların ümumi sərvəti aprelin 1-nə 299,47 milyard dollar təşkil edib.

Siyahıda sərvəti ən çox azalan iş adamı “Lukoyl”un prezidenti, Azərbaycan əsilli Vahid Ələkbərov olub. Onun sərvəti 17,4 milyard dollar və ya 4 dəfə azalıb. 5,36 milyard dollar sərvəti olan Ələkbərov BBI reytinqində ən az sərvəti olan rus milyarderi olub.

Ən zəngin rus vətəndaşı “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin ilin əvvəlindən 1,47 milyard dollar itirsə də, onun sərvəti hələ də 29,4 milyard dollardır. “Novatek”in ortaq sahibi Leonid Mixelsonun sərvəti də nəzərəçarpacaq dərəcədə – 4,9 milyard dollar azalaraq 27,5 milyard dollara düşüb. O isə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə sərvəti 5,7 milyard dollar azalaraq 23,1 milyard dollar olan “Severstal”ın əsas sahibi Aleksey Mordaşov yer alıb.

Reytinqdə dördüncü yerdə sərvəti 4,97 milyard azalaraq 23 milyard dollar olan “NLMK” benefisiarı Vladimir Lisin, beşinci yerdə sərvəti 1,5 milyard dollar azalan Əlişir Usmanov (“Metalloinvest”, “Megafon”), altıncı yerdə sərvəti 152 milyon dollar artaraq 17,6 milyard dollara yüksələn “Evroxim” və “SUEK”in keçmiş əsas benefisiarı Andrey Melniçenko qərarlaşıb.

Siyahıda yeddinci yerdə ilin əvvəlindən sərvəti 1,42 milyard dollar azalaraq 17,1 milyard dollar təşkil edən “Renova”nın əsas sahibi Viktor Vekselberq olub. Səkkizinci yerdə isə “Novatek” və “Sibur” şirkətlərinin səhmlərinə sahib olan Gennadi Timçenko olub ki, o da 6,03 milyard dollar yoxsullaşıb və hazırda onun 16,4 milyard sərvəti var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest