Vəzifəsindən azad edilən agentlik sədri yeni işindən DANIŞDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov vəzifəsindən azad edilib. 

Bu barədə məlumat verən Samir Qurbanov öz ərizəsi ilə vəzifəsindən azad olunduğunu açıqlayıb. O, yeni və tamamilə fərqli bir sahə ilə məşğul olacağını bildirib:

“Öz ərizəmlə işdən ayrılmışam. Hər hansı problem olmayıb. Sadəcə yeni işlə bağlı təklif aldığım üçün belə bir qərar qəbul etməli oldum. Təklif aldığım iş isə dövlət qurumunda deyil, özəl sahədir”, – deyə Samir Qurbanov qeyd edib.

Xatırladaq ki, Samir Qurbanov 2020-cı ilin aprelindən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsində çalışıb. 

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi isə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə yaradılıb.

Hələki Samir Qurbanovun yerinə təyinat yoxdur.

Alçina Amilqızı, Bizim.Media 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest