Vətəndaşların NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində su olmayacaq

Bakının bir sıra qəsəbələrində içməli su olmayacaq. 

Bu barədə “Azərsu” ASC-dən məluma verilib. 

Bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 12 yanvar 2022-ci il tarixində gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest