Vətəndaşların NƏZƏRİNƏ: Bəzi rayonlarda dörd gün qaz OLMAYACAQ

Sabahdan bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 26-29-da, dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi yeni avtomobil yolunda “Qaz İxrac” İdarəsinə məxsus “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi və yenidən qurulan boru kəməri hissəsinin mövcud magistral qaz kəmərinə birləşdirilməsi məqsədilə qazın nəqli dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə Xaçmaz şəhəri daxil olmaqla, 65 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşin gedişatından asılı olaraq, həmçinin aprelin 29-da Qusar rayonunun tam olaraq, Xaçmaz rayonu üzrə isə qalan iki qəsəbə və 45 kəndin qaz təchizatının məhdudlaşdırılması ehtimalı mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest