Vətəndaşların “dadına yetən” və üzünə telefon açmayan qurumlar – ARAŞDIRMA

İnsanların müraciətlərinə baxılması, problemlərinin tez həll olunması və qeydə alınması üçün qurumların qaynar xətləri mövcuddur. Lakin vətəndaşlar bəzən bu qaynar xətlərdə zənglərə cavab verilmədiyindən şikayətlənirlər.

Bu gün insanların ən çox zəng etdiyi qurumların qaynar xətləri ilə əlaqə saxlamağa çalışdıq.

Həmin qurumların qaynar xətləri və zənglərə cavab verilməsi ilə bağlı siyahını təqdim edirik:

TƏBİB (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) – qaynar xətt: 1542. Bu nömrəyə uzun məsafəli şəkildə iki dəfə zəng etdik. Xətt hər iki zəngimizdə də məşğul idi.

BNA (Bakı Nəqliyyat Agentliyi) – qaynar xətt: 012-404-41-20. Qaynar xətdə telefonlarımıza cavab verən olmadı.

DİN(Daxili İşlər Nazirliyi) – qaynar xətt: 012 -590-92-22. Qaynar xəttə ilk zəngimizdə cavab verildi.

Azərsu – qaynar xətt: 955. Xətdə 2 dəqiqə 28 saniyə gözlədik və həmin müddət ərzində “xətdə gözləyən ilk müştəri sizsiniz” deməklərinə rəğmən, zəngimizə cavab verilmədi.

Azərişıq – qaynar xətt: 199. Xətdə 15 dəqiqə 55 saniyə gözləkdikdən sonra cavab verildi.

ƏƏSMN(Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) – qaynar xətt: 142. Zəngimizə ilk çağırışda cavab verildi.

Azəriqaz – qaynar xətt: 104. Zəngimizə ilk çağırışda cavab verildi.

XİN(Xarici İşlər Nazirliyi) – qaynar xətt: 012-596- 90 -00. Zəngimizə cavab verilmədi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – qaynar xətt: 1655. Zəngimizə operativ şəkildə cavab verildi.

AQTA(Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) – qaynar xətt: 1003. Qaynar xətt operatoru ilk çağırışda zəngimizi cavablandırdı.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi – qaynar xətt: 102. Zənglərimizə ilk çağırışda cavab verdilər.

FHN(Fövqəladə Hallar Nazirliyi) – qaynar xətt: 112. Zənglərimizə ilk çağırışda cavab verdilər.

Təcili Tibbi Yardım – qaynar xətt: 103. Zəngdə bizi operatora bağladıqlarını desələr də, telefon üzümüzə bağlandı. Sonxeber.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest