VƏHŞİLİK: Qətlə yetirilmiş azyaşlı qızlar TƏCAVÜZƏ MƏRUZ QALIB – FOTO

İrpen və Buçada qətlə yetirilmiş 10 yaşından kiçik uşaqlarda zorakılıq və işgəncə izləri aşkarlanıb.

İnsan haqları təşkilatları işğaldan azad edilmiş ərazilərdə çoxsaylı qətl, zorlama və digər ağır cinayətlər qeydə alıb. Uşaqlara kütləvi işgəncə, edam və zorlama törədilib.

Buça rus ordusunun işğalından azad edildikdən sonra Ukrayna hərbi cinayətlərin təhqiqatına başlayıb. Şəhərdə çoxlu sayda mülki vətəndaşın cəsədi tapılıb,  onlardan əksəriyyəti, xüsusən də uşaqlar işgəncə və zorlamaya məruz qalıb.

“Öldürülmüş uşaqların əlləri bağlanıb. Güllələnmiş itlər var. Qadınlar öldürülüb.. 10 yaşından kiçik qızların cinsiyyət orqanında təcavüz izləri aşkarlanıb. İrpen, Buça, Dmitriyevka. Bununla necə yaşamaq olar və ümumiyyətlə, yaşamağa dəyərmi? Bunu necə izah etmək olar? Necə?”, – deyə jurnalist Yevgeni Spirin Facebook-da yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest