“Uşaq dəhşətli vəhşilikdən sağ çıxsa da, dili tutulub” – FOTO

Rus hərbçilər tərəfindən təcavüzə məruz qalmış 11 yaşlı uşaqla psixoloq işləyir.

Bu barədə psixoloq Aleksandra Kvitko məlumat verib.

Ruslar Buçada, İrpendə uşaqlara və böyüklərə təcavüz edib, Kiyev vilayətində əsl vəhşiliklər törədiblər. Hazırda psixoloqlar zərərçəkənlərlə işləyir. Rus hərbçilərinin qurbanları arasında mütəxəssislə ünsiyyətdə olan 11 yaşlı uşaq da var.

“Uşaq dəhşətli vəhşilikdən sağ çıxsa da, dili tutulub, danışa bilmir. Oğlan anasının gözü qarşısında zorlanıb. Onunla işləməyə başlayanda uşaq yalnız qara rənglə nəsə çəkirdi. Bu yaxınlarda uşaq ikinci rəsmini göndərib”, – psixoloq deyib.

Psixoloq Aleksandra Kvitko uşağın anasının icazəsi ilə Facebook səhifəsində oğlanın dəqiq nə çəkdiyini göstərib.

Şəklin üzərinə oğlan yaşıl rənglə “Saşa” adını yazıb.

Psixoloq vurğulayıb ki, bu, uşağın özünün adı deyil. O, oğlan tək-tək sözlər danışmağa başladığını da deyib.


“Oturub ağlayıram. Sadəcə dayana bilmirəm… Anası da ağlayır, çünki o, nəhayət, ayrı-ayrı sözlər danışmağa başlayıb. Mən işimi çox sevirəm… Amma İndi işim çox ağrılıdı .. “,- deyə Kvitko yazıb.

Qeyd edək ki, ən azı 400 ukraynalı rus işğalçıları tərəfindən zorlanıb.

Xuraman Etibarlı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest