Ukraynaya təhlükəsizlik zəmanəti verə bilərik – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son durum və müzakirə prosesi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Türkiyə Prezidenti hər keçən gün vəziyyətin ağırlaşdığı Mariupoldan yaralıların və mülki şəxslərin təhliyəsinin mütləq təmin edilməli olduğunu vurğulayıb. R. T. Ərdoğan Ukrayna və Rusiya arasında müzakirə prosesi ilə bağlı əlindən gələn bütün yardımı etməyə, vasitəçilik də daxil olmaqla, lazımi dəstəyi verməyə hazır olduğunu söyləyib. O, Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə də Türkiyənin prinspial olaraq müsbət yanaşdığını qeyd edib.

“Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər.”

Türkiyə Prezident Administrasiyasının verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib.

Ərdoğan deyib ki, Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə prinspial olaraq müsbət yanaşır.

/APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest