Ukraynanın ABŞ-dan istədiyi silahlar – SİYAHI

Ukrayna ABŞ Konqresinə Rusiyaya qarşı müdafiə olunmaq üçün ehtiyacı olan silahların siyahısını təqdim edib.

Siyahıya kəşfiyyat-zərbə dronları, taktiki radarlar, radioelektron mübarizə sistemləri və döyüş təyyarələri, xüsusən “Su-25”lər daxil olub.

Bundan əlavə, artilleriya sistemləri, zenit-raket kompleksləri, tankəleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə cihazları da Ukraynanın ehtiyacı olduğu silahlar siyahısına daxil edilib.

Ukrayna tərəfi eyni zamanda yaralanmış hərbçilərin müalicəsi və zirehli texnikaların qonşu ölkələrdə təmiri üçün köməyə ehtiyacı olduğunu bildirib.

Mənbə: CNN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest