Ukraynadan aclıq XƏBƏRDARLIĞI

“Ukraynadan taxıl ixracı ilə bağlı yaranmış bir sıra problemlər dünyanın bəzi ölkələrində aclığa və inflyasiyaya səbəb olacaq”.

Bunu Ukrayna Taxıl Assosiasiyasının prezidenti Nikolay Qorbaçov deyib.

“Əgər Ukraynadan ixrac bloku açılmasa, durum ölümcül ola bilər. Kimsə inanmırsa, öz işidir, amma vəziyyət həqiqətən kritik olacaq. Bizim münbit torpaqlarımız, Afrika və Asiya ilə yaxşı nəqliyyat əlaqəmiz var. Beləliklə, biz həddindən artıq bahalı taxıl ala bilməyən ölkələri təmin edərik”, – xəbərdarlıq mesajında qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest