Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın KONSERTİNDƏ – FOTOFAKT

Xəbər verildiyi kimi ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında “Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub.

Konsert proqramına çoxdandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da qatılıb. 

Səfirimiz Bizim.Media-nın kameralarına tuş gəlib. 

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.


Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılır. 

Səfirimiz hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb.

Məlumat üçün bildirək ki, Elmira Axundova iki ildir ki, Ukraynada səfir postunu idarə edir. Bu müddətdə xanım səfirin adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq hadisələrdə hallanıb, əksinə o, barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb.
Gah bahalı avtomobillərinə görə, gah Ukraynada yol hərəkəti qaydasını kobud şəkildə pozduğuna görə, gah da kommersiya məsələlərinə görə gündəmə gəlib.

Alçina Amilqızı, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest