“Ukraynadakı uğur “bütün dünyanı” “Bayraktar”ın müştərisinə çevirib” – Səlçuk Bayraktar

“Ukraynanın “BRayraktar” TB2-lərlə Rusiyanın artilleriya sistemlərini və zirehli texnikasını məhv etməsi “bütün dünyanı” bu PUA-ların müştərisinə çevirib”.  

“gdh.digital” xəbər verir ki, “Baykar” şirkətinin rəhbəri Səlçuk Bayraktar və qardaşı Haluk Bayraktar “Bayraktar” TB2 PUA-larının texnologiyanın müasir müharibələrdə yaratdığı inqilabı nümayiş etdirdiyini bildirib.  

S.Bayraktar bu barədə “Reuters”ə danışıb:  

“Bayraktar” TB2-lər tam olaraq etməli olduqlarını edir. O, ən qabaqcıl zenit sistemlərindən tutmuş, təkmilləşdirilmiş artilleriya sistemlərinə və zirehli texnikaya qədər bütün elementlərə qarşı effektivliyini nümayiş etdirir”.  

O, Azərbaycan ordusunun 2020-ci ildə Qarabağda istifadə etdiyi bu PUA-ların Ukraynada da effektiv olduğunu bildirib:  

“Qarabağın qanunsuz işğalı gəncliyimizdən bəri bizim üçün ürək ağrısı olub. Bu texnologiyanı inkişaf etdirən mühəndislər olaraq buradakı qardaş və bacılarımıza torpaqlarını geri qaytarmaqda kömək etmək bizim üçün şərəfdir.  

Ukraynada da oxşar vəziyyət var. Bu qeyri-qanuni işğaldır və buna görə “Bayraktar” TB2 Ukraynanın şərəfli xalqına öz ölkələrini müdafiə etməyə kömək edir”.  

Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest