Ukraynada kimya zavodu vuruldu: “Sığınacaqlardan çıxmayın!” – FOTO

Rusiya ordusu Ukrayanın Severodonetsk şəhərinə hava hücumu zamanı kimya zavodunu vurub.

UNİAN xəbər verir ki, zavodun ərazisində azot turşusu olan çənin partlaması nəticəsində şəhərin üzərini qırmızı tüstü bürüyüb.

Luqanskın regional rəhbəri Sergey Qaydai yerli sakinləri sığınacaqları tərk etməməyə çağırıb.

“Azot turşusu tənəffüs zamanı təhlükəlidir və selikli qişalara keçir. Ağzınızı yaş dəsmalla tutun”, – deyə S.Qaydai əlavə edib.

Bizim.Media



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest